NBA ulduzu 43 yaşında polis oldu

NBA ulduzu 43 yaşında polis oldu

Keçmiş NBA ulduzu Amar Stoudemir 43 yaşında polis akademiyasını bitirib.

Allsport.az xəbər verir ki, sabiq basketbolçu Florida ştatındakı ixtisaslaşmış kolleclərdən birində təhsil aldıqdan sonra polis vəsiqəsi əldə edib.

Stoudemir uşaqlıqdan polis olmaq arzusunda olduğunu bildirib. Onun sözlərinə görə, bir neçə yaxın qohumu bu sahədə çalışıb.

Stoudemir NBA-də 14 mövsüm keçirib və 6 dəfə “All-star” oyununda iştirak edib. O, 2026-cı ildə basketbol şöhrət zalına daxil edilib.

Keçmiş basketbolçu peşəkar karyerası ərzində 167 milyon dollar qazanıb.

Həmin kateqoriyadan