Dünya ikincisi

Dünya ikincisi

Azərbaycan güləşçisi Günay Qurbanova U-23 dünya çempionatında gümüş medal qazanıb.

Allsport.az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda ukraynalı Alina Filipoviçə sonuncu xal prinsipinə (4:4) əsasən məğlub olub.

Daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal qazanıb.

Oktyabrın 18-dək Las Veqasda keçiriləcək yarışda Azərbaycanı 23 güləşçi təmsil edir.

Həmin kateqoriyadan