Yeni rekord 2 günə qırıldı

Yeni rekord 2 günə qırıldı

“Milan” Avropa Liqasının II turunda səfərdə “Zalsburq”a qalib gəlib – 4:0.

Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın futbolçusu Alfako Sisse matçda üç qolla yadda qalıb.

O, avrokuboklarda het-trik edən ən gənc italiyalı oyunçu ünvanına yiyələnib. Sisse het-trik etdiyi matç zamanı 19 yaş 358 günlük idi.

Bundan əvvəlki rekord isə iki gün öncə qeydə alınmışdı. “Brügge”nin futbolçusu Nikolo Tresoldi 22 yaş 54 günlüyündə “İnter”lə matçda üç qola imza atmışdı.

Həmin kateqoriyadan