“Araz” Ukrayna klubu ilə qarşılaşır

“Araz-Naxçıvan” klubu bu gün futzal üzrə UEFA çempionlar liqasının əsas mərhələsində mübarizəyə başlayacaq.

Allsport.az xəbər verir ki, “B” yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk sınağında Ukraynanın “Uraqan” komandası ilə üz-üzə gələcək. İvano-Frankivski şəhərindəki peşəkar bədən tərbiyə kollecinin zalında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Şimali Makedoniyadan olan referi Yosip Barton idarə edəcək.

Oyun öncəsi Azərbaycan çempionunun heyətində 3 itki var. Rizvan Fərzəliyev və İsaq Suğal zədə, Xətai Bağırov cəza səbəbindən oynamayacaq. Zədəsini yenicə sağaltmış Ramiz Çovdarovun isə meydana çıxıb-çıxmayacağı sual altındadır.

Bu qrupun digər görüşündə Kosovonun “Ligeni” və Rumıniyanın “Yunayted Qalati” klubları qarşılaşacaqlar. Həmin oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Çempionlar liqası, əsas mərhələ

B” yolu

6-cı qrup

20:00. “Uraqan” (Ukrayna) – “Araz-Naxçıvan” (Azərbaycan)

Baş hakim: Yosip Barton (Şimali Makedoniya)

İvano-Frankivski, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.

6-cı qrupun oyunları Ukraynada keçirilir.

Həmin kateqoriyadan