- Baxış sayı: 52
- 15 Mart 2024 15:30
- Baxış sayı: 116
- Mart 28, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Qrafik sıxdır. Ona görə də bu gün bəzi futbolçuları oyunun gedişində meydana buraxdıq. İlk oyunda heç-heçəyə baxmayaraq, növbəti matça ümidlə baxıram. Bəzi imkanlardan istifadə edə bilmədik. Ümumilikdə komandadan razıyam. Qarşıdakı oyuna hazırlaşmalıyıq. Kubok matçlarında hər şey cavab oyununda həll olunur”.