Atçılığın konkur növü üzrə “Qış kuboku” keçiriləcək

Yanvarın 15-17-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi Atçılıq Mərkəzi”nin qapalı manejində atçılığın konkur növü üzrə “Qış kuboku” adlı CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Allsport.az xəbər verir ki, turnirdə Azərbaycan, Gürcüstan, İran və s. ölkələrdən ümumilikdə 20-dək idmançının iştirakı gözlənilir.

Yarışlara Azərbaycan, Türkiyə, Bolqarıstan, Rusiya və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 45 min 500 manat təşkil edir.

Həmin kateqoriyadan