Atıcılıq növlərində yeni əcnəbi məşqçilər

Azərbaycan atıcılıq federasiyası millinin qarşıdakı beynəlxalq oyunlara hazırlığını təmin etmək və eləcə də yüksək səviyyəli atıcılar hazırlamaq məqsədilə ölkəyə beynəlxalq dərəcəli baş məşqçilər və məşqçilər dəvət edib.

Allsport.az saytı xəbər verir ki, güllə atıcılığının tüfəng növü üzrə baş məşqçi 53 yaşlı serbiyalı Nemanya Mirosavlyev karyerası boyu 5 Yay olimpiya oyununda, dünya və Avropa çempionatlarında iştirak edib, 50 metr və 10 metr məsafəyə güllə atıcılığından yüksək nəticələr göstərib.

Stend atıcılığının səngər növü üzrə baş məşqçi Güray Əli Əmrə atıcılıq üzrə yüksək nəticələr nümayiş etdirən Türkiyə yığmasının məşqçisi olub.

Yığma komandadan əlavə, atıcı yetişdirmək üçün federasiya 4 beynəlxalq məşqçi ilə də müqavilə imzalayıb.

Mosin Vasili, Nalbənd Mərd, İlnam Yavuz, Ədin Fəziliyə Azərbaycanda məşqçi kimi fəaliyyətə başlayıb, müxtəlif növlər üzrə atıcıların hazırlığı ilə məşğul olacaqlar.

Həmin kateqoriyadan