Avropa badminton konfederasiyasının konqresi Bakıda

Avropa badminton konfederasiyasının konqresi Bakıda

Maltanın paytaxtı Valettada Avropa badminton konfederasiyasının illik iclası başa çatıb. Allsport.az saytı xəbər verir ki, konqresdə ABF prezidenti Taleh Ziyadov, vitse-prezident Aynur Səmədova və millinin baş məşqçisi Murtuza Validarvı iştirak ediblər.

2 gün davam edən toplantıda növbəti ildə keçiriləcək konqresə ev sahibliyi edəcək şəhər müəyyənləşib. ABK-in nümayəndə heyətlərinin növbəti, sayca 56-cı görüşü 2023-cü ildə Bakıda keçiriləcək.

Mötəbər tədbirə ev sahibliyi etmək hüququ 3 namizəd şəhər arasından paytaxtımıza verilib. Konqres çərçivəsində 2022-də müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının mükafatlandırılma mərasimi Bakıda təşkil olunacaq. Avropanın badminton federasiyasılarının prezidentləri ölkəmizə səfər edəcək.

Həmin kateqoriyadan