Avropa badminton konfederasiyasının “Trainer” sertifikatına layiq görülüb

Millimizin məşqçisi Ürfan Rzabəyli Avropa badminton konfederasiyasının təşkilatçılığı ilə Kiyevdə “BEC Shuttle Time” kurslarını uğurla başa vurub. Allsport.az saytı xəbər verir ki, təlimlərdə ölkəmizlə yanaşı, Fransa, İtaliya və digər ölkələrdən məşqçilik karyerasına yeni başlayan 15 badminton mütəxəssisinə bir sıra təcrübi və nəzəri məşğələlər keçirilib.

Məşqçi (trainer), təlimçi (tutor) və müəllim (teacher) kateqoriyaları üzrə imtahan verən həmyerlimiz, kursların ən yüksək sertifikatı hesab olunan “Trainer” sertifikatına layiq görülüb.

Beləliklə, o, dünya və Azərbaycan badminton federasiyalarının birgə əməkdaşlığının nəticəsi olaraq, “BWF Membership Grants Programme 2020” layihəsi çərçivəsində Lənkəran, Qusar, Bakı, Sumqayıt və Gəncə şəhərlərində idman müəllimləri üçün nəzərdə tutulan “Shuttle Time” proqramında “Trainer” kimi yerli ixtisaslı mütəxəssis kimi iştirak edə biləcək.

Həmin kateqoriyadan