Əbu-Dabidə gümüş medal

Əbu-Dabidə gümüş medal

Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirinin son günündə Uşanqi Kokauri (+100 kq) gümüş medal qazanıb.

Allsport.az xəbər verir ki, o, finalda gürcüstanlı İrakli Demetraşviliyə uduzub.

Eyni çəkidə yarışan Camal Qamzatxanov isə 1/8 finalda Saba İnaneşviliyə (Gürcüstan) məğlub olub.

Mədinə Kaisinova (+78 kq) isə 1/8 finalda İrişkon Qurbanbayevanı (Özbəkistan) məğlub edib. O, 1/4 finalda Helena Vukoviçə (Xorvatiya) uduzub. Buna baxmayaraq, təsəlliverici görüşə vəsiqə qazanan M. Kaisinova Roşel Nunesi (Portuqaliya) məğlub etsə də, bürünc medal uğrunda mübarizədə italiyalı Erika Smionettiyə uduzub.

Bununla da Azərbaycan cüdoçuları yarışı 5 medalla başa vurublar.

Azərbaycan cüdoçuları oktyabrın 29-da start verilən turnirdə indiyə qədər 4 mükafat qazanıblar. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə ediblər.

Həmin kateqoriyadan