- Baxış sayı: 49
- 30 Oktyabr 2026 22:36
- Baxış sayı: 178
- Oktyabr 25, 2026
- 0

Dünya reytinqinin 16-cı pilləsində qərarlaşan Yakub Menşik Parisdə keçiriləcək ATP-1000 turnirində iştirak etməyəcək.
Allsport.az xəbər verir ki, Çex Respublikasından olan tennisçi Vyana turnirində aldığı zədə səbəbindən yarışdan çəkilib.
O, Adrian Mannarinoya qarşı ikinci tur matçında korta başı ilə zərbə alıb.
Menşikin əsas mərhələdəki yerini Kventin Alis tutacaq. Fransalı tennisçiyə əvvəllər ayrılmış xüsusi dəvət (wild-card) isə Moyz Kuamaya veriləcək.
Paris “Ustadlar” turniri noyabrın 2-dən 8-dək keçiriləcək.