- Baxış sayı: 47
- 02 Noyabr 2026 00:00
- Baxış sayı: 254
- Oktyabr 25, 2026
- 0

Qazaxıstan paytaxtında güləş üzrə dünya çempionatında 86 kq-da Arseni Cioyev finalda amerikalı 5-qat dünya çempionu Kayl Deykə 2:3 uduzaraq gümüş medalla kifayətləndi. Mükafatlandırmadan sonra o Allsport.az saytına bunu açıqladı:
“Həlledici görüşə çıxanda, rəqibə qalib gəlməyə inamım vardı. Bunu axırda da hiss etdim. Son saniyələrdə vəziyyəti xeyrimə çevirməyə vaxtım çatmadı. Uca Yaradanın hökmüdür – bu dəfə qismət beləymiş, buna da min şükür. Səhv etdim, bunu anlayıram.
Əsas odur ki, gələn səfər bunu təkrarlamayasan. Bütün görüşü hücumda keçirdim. Qələbəyə az-maz təcrübəm çatmadı. Çalışacağam növbəti dəfə daha bacarıqlı olum. Deməzdim ki, dünən tutaşmaya çıxsaydım, nəticə fərqli olacardı. Bu mübarizədir, öncədən nəsə bilinmir”.
Kamran HACI, Astana