“Azərbaycan mənim 2-ci vətənimdir”

“Azərbaycan mənim 2-ci vətənimdir”

Bu gün Qazaxıstan paytaxtında güləşçilərin dünya çempionatında sərbəst üsulda 125 kq-da Georgi Meşvildişvili 3-cü yer tutdu. Mükafatlandırmadan sonra o Allsport.az saytına sevincini bölüşdü:

“İlk növbədə, Azərbaycan güləş federasiyasına, məşqçi və tibbi heyətə təşəkkürlərümü bildirirəm. Onların bizim üzərimizdə böyük əməyi var. Dəstəyə görə Azərbaycan xalqına da minnətdaram. Bu ölkədə özümü yad hiss etmirəm.

Azərbaycan mənim 2-ci vətənimdir. Yüksək təşkilatçılıq üçün Qazaxıstandan razı qaldım. Çalışacağam ki, “bürünc”ü “qızıl”a çevirəm. Əsas hədəfim gələn il ABŞ-də keçiriləcək dünya çempionatlarənda olimpiya oyunlarına vəsiqə qazanmaqdır.

Kamran HACI, Astana

Həmin kateqoriyadan