“Allah qoysa, gələn səfər nəticəmi daha yaxşılaşdıracağam”

“Allah qoysa, gələn səfər nəticəmi daha yaxşılaşdıracağam”

1 noyabrda Qazaxıstan paytaxtında güləş üzrə dünya çempionatda sərbəst üsulda Əli Sokayev bürünc medal uğrunda tutaşmada iranlı Əlihüseyn Bığlara 6:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, həlledici görüşdən sonra o çıxışı barədə fikrini bildirdi:

“Avropa çempionatında olduğu kimi, bu yarışda da qalib olmaq istəyirdim. İlk cəhdə bürünc medal qazandım. Allah qoysa, gələn səfər nəticəmi daha yaxşılaşdıraram. Ən yüksək nəticəyə yiyələnmək üçün çox çalışacağam. Çəkisi 97 kq-a qaldırıb olimpiya oyunlarına vəsiqə qazanmağı hədəfləmişəm”.

Kamran HACI, Astana

Həmin kateqoriyadan