Ölkə çempionatı keçirilib

Ölkə çempionatı keçirilib

Rapid və blits üzrə kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatı keçirilib.

Allsport.az xəbər verir ki, kişilərin yarışında 14 xal toplayan Xaqan Əhməd ölkə çempionu olub.

Ondan yarım xal geri qalan Əhməd Əhmədzadə ikinci yeri tutub. Xəzər Babazadə və Allahverdi Həmidov 12,5 xal toplasalar da, əlavə göstəricilərə əsasən Xəzər Babazadə üçüncü olub.

Qadınların mübarizəsində isə Ləman Hacıyeva 14 xalla bütün rəqiblərini qabaqlayaraq çempion adını qazanıb. Türkan Məmmədyarova 13 xalla ikinci, Mələk İsmayıl isə 11,5 xalla üçüncü yeri tutub.

Bağlanış mərasimində qalib və mükafatçılara medal və diplomları Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov və vitse-prezident Faiq Həsənov təqdim ediblər.

Azərbaycan çempionatının ümumi mükafat fondu 10 000 manat təşkil edib.

Həmin kateqoriyadan