- Baxış sayı: 84
- 09 Sentyabr 2026 22:29
- Baxış sayı: 360
- Sentyabr 08, 2026
- 0

Avropa voleybol konfederasiyasının (CEV) tibb komissiyasının üzvü Vüsalə Kazımova U-20 Avropa çempionatında CEV-in tibb nümayəndəsi (Medikal deleqate) kimi fəaliyyət göstərir.
Allsport.az xəbər verir ki, sentyabrın 3-dən 6-dək İtaliyanın Battipaglia şəhərində keçirilən yarışda V.Kazımova iştirakçıların və hakimlərin tibbi təhlükəsizliyinin təmin olunmasına, tibbi xidmətlərin təşkilinə və yarış zamanı müvafiq məsələlərin koordinasiyasına nəzarət edir.
CEV-in tibb komissiyasının üzvü olan azərbaycanlı mütəxəssis turnir çərçivəsində tibbi protokolların icrasını və zəruri tibbi tədbirlərin təşkilini də koordinasiya edir.