- Baxış sayı: 86
- 09 Sentyabr 2026 22:29
- Baxış sayı: 380
- Sentyabr 08, 2026
- 0

2030-cu ildə Fransada keçiriləcək qış olimpiya və paralimpiya oyunlarının təşkilat komitəsinin rəhbəri Edqar Qrospiron vəzifəsini tərk edib.
Allsport.az xəbər verir ki, 57 yaşlı mütəxəssisin istefasını təşkilat komitəsi təsdiqləyib.
Qərarın qurumun idarəetməsində yaranan problemlər fonunda qəbul edildiyi bildirilir.
Qrospiron 2025-ci ilin fevralından təşkilat komitəsinə rəhbərlik edirdi. Bundan əvvəl baş direktor Siril Linett onunla fikir ayrılıqları səbəbindən vəzifəsindən ayrılmışdı.
2030-cu il qış olimpiya oyunları Fransanın Alp dağlarında fevralın 1-dən 17-dək keçiriləcək. Edqar Qrospiron 1992-ci ildə muğul üzrə olimpiya çempionu, 3-qat dünya çempionu olub.