- Baxış sayı: 24
- 15 Sentyabr 2026 11:35
- Baxış sayı: 201
- Sentyabr 13, 2026
- 0

“Sabah”ın UEFA çempionlar liqasının əsas mərhələsindəki rəqibi “Arsenal” gürcüstanlı hücumçu Andriya Bartişvili ilə 2027-ci ilin iyulunda qüvvəyə minəcək müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, 17 yaşlı futbolçu ilə anlaşma müvafiq tənzimləmə prosedurları başa çatdıqdan sonra rəsmiləşəcək.
Müqavilə ilə “Kolxeti 1913″ə məxsus olan vinger hazırda icarə əsasında Gürcüstan yüksək liqasında mübarizə aparan “İberiya 1999″un formasını geyinir.
Bartişvili Gürcüstanın U-16, U-17, U-18 və U-21 millilərində oynayıb.