- Baxış sayı: 23
- 11 Sentyabr 2026 14:19
- Baxış sayı: 409
- Sentyabr 08, 2026
- 0

UFC-nin yarımortaq çəkidə (77 kq) çempionu İslam Maxaçev bu il “Qızıl top” mükafatına layiq gördüyü futbolçunun adını açıqlayıb.
Allsport.az xəbər verir ki, 34 yaşlı rusiyalı döyüşçü fəxri mükafatı PSJ-nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliyaya verəcəyini bildirib:
“Dünya çempionatındakı çıxışları kənara qoysaq, mən “Qızıl top”u Kvaratsxeliyaya verərdim”.
Xviça Kvaratsxeliya cari ildə nüfuzlu mükafata namizəd göstərilən 30 futbolçu arasında yer alır.
70-ci dəfə təşkil olunacaq 2026-cı il “Qızıl top” təqdimetmə mərasimi oktyabrın 26-da Londonda baş tutacaq. Mükafatın son qalibi isə PSJ və Fransa yığmasının hücumçusu Usman Dembeledir.