Bunu bacaran ilk futbolçu oldu

Bunu bacaran ilk futbolçu oldu

“Barselona”nın futbolçusu Lamin Yamal 2026-cı il “Qızıl top”una namizəd göstərilən 30 futbolçunun sırasına daxil olub.

Allsport.az xəbər verir ki, 19 yaşlı cinah hücumçusu üçüncü dəfə mükafata namizəd olub.

​Bununla da Yamal unikal nailiyyətə imza atıb. O, 20 yaşı tamam olmamış “Qızıl top” namizədləri arasında üç dəfə yer alan tarixdə ilk futbolçu olub.

​Yamal ilk dəfə 2024-cü ildə namizədlər sırasına düşüb, bundan sonra 2025-ci ildə yenidən iddiaçılar siyahısına daxil edilib. İndi isə futbolçu ardıcıl üçüncü dəfə dünya futbolunun ən nüfuzlu fərdi mükafatı uğrunda mübarizə aparır.

“Qızıl top” mükafatının təqdimat mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

Həmin kateqoriyadan