- Baxış sayı: 55
- 14 Sentyabr 2026 23:07
- Baxış sayı: 202
- Sentyabr 13, 2026
- 0

Almaniyalı tennisçi Aleksandr Zverev və Qazaxıstan təmsilçisi Yelena Rıbakina tennis tarixində rəsmi turnirlər üçün rekord məbləğdə mükafat qazanıblar.
Allsport.az xəbər verir ki, buna onların “ABŞ açıq”dakı qələbələri səbəb olub.
Turnirin kişi və qadınlar arasında təklər yarışının qaliblərinin hər biri 5,5 milyon dollar əldə edib.
Finalda məğlub olan amerikalı Ben Şelton və belaruslu Arina Sobolenko isə hərəyə 2,8 milyon dollar qazanıblar.
Bundan əvvəl rekord məbləğ 2025-ci ildə qalib gələn ispaniyalı Karlos Əlqərəz və Sobolenkoya məxsus idi. Onlar həmin turnirdəki qələbəyə görə 5 milyon dollar əldə etmişdilər.
Tennis tarixində ümumi rekord isə Yannik Sinnerə məxsusdur. İtaliyalı 2024 və 2025-ci illərdə Səudiyyə Ərəbistanında keçirilən nümayiş xarakterli turnirin qalibi olub və hər iki halda 6 milyon dollar mükafat qazanıb.