- Baxış sayı: 57
- 14 Sentyabr 2026 23:57
- Baxış sayı: 201
- Sentyabr 13, 2026
- 0

Sentyabrın 13-də “Dəniz mall” ticarət mərkəzinin qarşısındakı meydanda “Red bull gym clash” Azərbaycan milli finalı keçirilib.
Allsport.az xəbər verir ki, ölkənin 9 fitnes zalını təmsil edən komandaların iştirak etdiyi yarışda güc, sürət, dözümlülük və çeviklik tələb edən müxtəlif sınaqlar təşkil olunub.
Gərgin mübarizənin yekununda kapitan Fuad Əliyevin rəhbərlik etdiyi “Vikings hammer” komandası bütün rəqiblərini qabaqlayaraq qalib olub. Nikita Qorşkovun kapitanı olduğu “Befit” ikinci, Salman Atayevin rəhbərlik etdiyi “4life” isə üçüncü yeri tutub.
“Vikings hammer” ötənilki uğurunu təkrarlayaraq ardıcıl ikinci dəfə “Red bull gym clash” Azərbaycan çempionu olub. Bununla komanda Azərbaycanı turnirin dünya finalında təmsil etmək hüququ qazanıb.