- Baxış sayı: 23
- 11 Sentyabr 2026 14:19
- Baxış sayı: 409
- Sentyabr 08, 2026
- 0

Lionel Messinin Argentina yığmasındakı karyerasını başa vurmasından sonra millinin yeni kapitanı müəyyənləşib.
Allsport.az xəbər verir ki, “tanqoçular”ın yeni kapitanı İspaniyanın”Atletiko” (Madrid) klubunun müdafiəçisi Kristian Romero olacaq.
Lionel Messi avqustun 31-də Argentina millisindəki çıxışını başa vurduğunu açıqlayıb.
Kristian Romero 2022-ci ildə dünya çempionu, 2026-cı ildə isə mundialın gümüş medalçısı olub. O, həmçinin iki dəfə Amerika kubokunun qalibi adını qazanıb.
Argentina millisinin üzvü karyerası ərzində ölkəsində “Belqrano”, İtaliyada “Cenoa”, “Yuventus” və “Atalanta”, İngiltərədə isə “Tottenhem” klublarında çıxış edib. Romero “Tottenhem”in heyətində 2024/2025 mövsümündə Avropa liqasının qalibi olub.