“Ay-ulduzlularımız” 2 pillə gerilədilər

FİFA yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan millisi yeni siyahıda geriləyib.

Belə ki, 2 pillə geriləmək məcburiyyətində qalan komandamız hazırda 117-ci pillədə qərarlaşıb. Millimizin hesabında 296 reytinq xalı var. Noyabr ayında doğma meydanda Moldovaya qarşı yoxlama oyununda qazandığımız 2:1 hesablı qələbə komandamıza 3 reytinq xalı qazandırsa da, mövqeyini yaxşılaşdırmağa yetərli olmayıb.

Azərbaycan Keçmiş SSRİ ölkələri arasında Rusiya (24-cü yer, 895 xal), Ukrayna (29, 842), Belarus (67, 514), Özbəkistan (74, 470), Estoniya (93, 369), Latviya (101, 338) və Qırğızıstandan (108, 324) geridədir. Millimiz yalnız Türkmənistan (119, 294), Gürcüstan (122, 286), Ermənistan (123, 285), Litva (126, 274), Qazaxıstan (129, 266), Tacikistan (148, 196) və Moldovadan (155, 172) öndə qərarlaşıb.

İlk onluqda yer alan komandaların siyahısı isə belədir: Belçika (1494), Argentina (1455), İspaniya (1370), Almaniya (1347), Çili (1273), Braziliya (1251), Portuqaliya (1219), Kolumbiya (1211), İngiltərə (1106) və Avstriya (1091).

Həmin kateqoriyadan