Ayxan Abbasov: “Oyundan oyuna daha yaxşı oluruq”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov premyer liqanın 8-ci turunda “Səbail”ə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 2:0 hesablı qələbəyə sevindikləri matçdan sonra mətbuat konfransında bunu söyləyib: 

“Bu oyuna həqiqətən ciddi hazırlamışdıq. Komanda olaraq qələbəyə inanırdıq. Futbolçularda istəyi görürdük. Oyundan oyuna daha yaxşı oluruq, ancaq qələbə lazım idi.

Bu zaman özünəinam artır. Oyunu gedişatı göstərdi ki, “Səbail” yaxşı komandadır. Rəqib bizə son 15 dəqiqədə çətinlik yaşatdı. İkinci dövrəyə qələbəylə başlamaq həqiqətən yaxşıdır”.

Həmin kateqoriyadan