- Baxış sayı: 112
- 13 May 2025 23:08
- Baxış sayı: 82
- May 13, 2025
- 0
Bu gün kişi voleybolçuların yüksək liqasında final mərhələsinə start verilib.
Allsport.az xəbər verir ki, GİN-in voleybol mərkəzində “Azərreyl” və “Murov Az Terminal” komandaları ilk final matçına çıxıblar. Oyun “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Kişi voleybolçuların ikinci final oyunu aprelin 25-də milli gimnastika arenasında keçiriləcək.
Reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.
Yüksək liqa
Final
Birinci oyun
“Azərreyl” – “Murov Az Terminal” 3:0 (25:19, 25:17, 25:18)
İkinci oyun
25 aprel
15:00. “Murov Az Terminal” – “Azərreyl”
Mükafatlandırma mərasimi
Ünvan: milli gimnastika arenası