- Baxış sayı: 68
- 28 Oktyabr 2026 10:27
- Baxış sayı: 142
- Oktyabr 25, 2026
- 0

Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV çempionlar liqasının II təsnifat mərhələsində cavab oyununu keçirib.
Allsport.az xəbər verir ki, Xorvatiya təmsilçisi “Mladost”un qonağı olan Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv səfərdə 3:2 (25:22 21:25, 25:23, 23:25, 15:13) hesablı qələbəyə sevinib.
“Turan”ın III təsnifat mərhələsindəki rəqibi Bolqarıstanın “Maritsa” klubu olacaq.
Xatırladaq ki, “Turan” oktyabrın 20-də Tovuz olimpiya idman kompleksində keçirilən ilk matçda “Mladost” üzərində 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qələbə qazanıb. Tovuz təmsilçisi növbəti mərhələyə yüksələcəyi təqdirdə Bolqarıstanın “Maritza” komandası ilə üz-üzə gələcək.