- Baxış sayı: 112
- 13 May 2025 23:08
- Baxış sayı: 82
- May 13, 2025
- 0
Kişi voleybolçuların yüksək liqasında finalçılar bəlli olub.
Allsport.az xəbər verir ki, bu gün GİN-in voleybol mərkəzində yarimfinal mərhələsinin son oyunları keçirilib. Günün birinci qarşılaşmasında “Xilasedici” və “Azərreyl” üz-üzə gəliblər. Gərginliyi ilə yadda qalan oyun “Xilasedici”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cütün ilk matçında “Azərreyl” 3:0 hesabı ilə qalib gəldiyindən xallar bərabərləşib və qızıl setə ehtiyac yaranıb. Qızıl setdə 15:13 hesabı ilə qələbə qazanan “Azərreyl” finala yüksələn ilk komanda olub.
Növbəti görüş “Neftçi” və “Murov Az Terminal” klubları arasında baş tutub. “Murov Az Terminal” ilk oyunda olduğu kimi bu görüşdə də 3:0 hesabı ilə qələbə qazanıb və adını finala yazdırıb.
Beləliklə, kişilərin mübarizəsində üçüncü yer uğrunda “Neftçi” və “Xilasedici” komandaları, finalda isə “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər.
Yarımfinal (ikinci oyunlar)
18 aprel
“Xilasedici” – “Azərreyl” 3:1 (24:26, 25:20, 30:28, 25:22) Qızıl set (13:15)
“Neftçi” – “Murov Az Terminal” 0:3 (19:25, 18:25, 14:25)