Azər Bağırov: Futbol adına onu deyə bilərəm ki, vaxtı “öldürmədik”

Bu gün “Araz-Naxçıvan” premyer liqanın 17-ci turunda öz meydanında “Sabah”ın qapısından 2 cavabsız top keçirib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Azər Bağırov qələbəyə şərh verib:

“Maraqlı oyun alındı. Uşaqları təbrik edirəm, yaxşı mübarizə apardılar. Meydanı 3 zonaya bölsək, hər hissədə yaxşı oynadıq. Komanda olaraq layiq olduğumuz qələbəni qazandiq.

Futbol adına onu deyə bilərəm ki, vaxtı “öldürmədik”, oyunu mümkün qədər meydanın rəqibə aid hissəsində qurduq. Yekunda da şükürlər olsun ki, qələbə qazandıq”.

Həmin kateqoriyadan