Azərbaycan badminton federasiyası təcrübəsini Avropa ölkələri ilə bölüşüb

Allsport.az saytı xəbər verir ki, Avropa badminton konfederasiyası tərəfindən “Xidmət vaxtı” layihəsi üzrə vebinar təşkil olunub. Toplantıda quruma üzv olan federasiyaların sözügedən layihə üzrə milli koordinatorları iştirak edib. Vebinara ölkəmizin bu layihə üzrə uğurlu təcrübəsini bölüşmək üçün ABF-in bu layihə üzrə milli əlaqələndiricisi Pərvin Piriyev dəvət olunub.

O, iştirakçılara Azərbaycanda layihənin icrası haqqında ətraflı məlumat verib. Qeyd edib ki, 2021-2022-ci illərdə layihə Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Qusar şəhərlərini əhatə edib, 400-dən çox idman müəllimi eləcə də 400-dən çox şagird badminton haqqında məlumatlandırılıb. Qeyd olunub ki, yaxın zamanda bu layihənin Sabirabad, Şamaxı, Tovuz, Qax və Naxçıvanda da icrası nəzərdə tutulub.

Vebinardan sonra, Dünya badminton federasiyasının inkişaf üzrə koordinatoru Erica Khoo tərəfindən Azərbaycanda bu sahədə qısa müddətdə uğurlu nəticələr əldə olunduğu vurğulanıb. Daha sonra Pərvin Piriyev tərəfindən iştirakçıların sualları cavablandırılıb. Vebinar zamanı Azərbaycanla yanaşı İrlandiya və İsveçrənin milli koordinatorları da uğurlu təcrübələrini bölüşüblər.

Həmin kateqoriyadan