Azərbaycan Bolqarıstan, Latviya və Sloveniya ilə bir qrupda

Azərbaycan Bolqarıstan, Latviya və Sloveniya ilə bir qrupda

Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi turnirin növbəti mövsümünün püşkü atılıb. Allsport.az xəbər verir ki, 1998-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan turnirdə Azərbaycan yığması da mübarizə aparacaq.

Püşkə əsasən, Azərbaycan yığması “C “qrupunda Sloveniya, Latviya və Bolqarıstanla mübarizə aparacaq. “A” qrupunda yerli Sankt-Peterburq, Belarus, Slovakiya, Yaponiya və Litva, “B” qrupunda isə Finlandiya, Rusiya, Estoniya, Qazaxıstan və Moldova yarışacaq.

Qeyd edək ki, bu turnir yanvarın 2-dən 13-dək Sankt-Peterburqda keçiriləcək.

Həmin kateqoriyadan