Azərbaycan kuboku: 1/8 final rəqəmlərin gözü ilə

Bu həftə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, iki gün ərzində 8 cütdə qalib müəyyənləşəcək.

Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələcək cütlərin ölkə kubokundakı oyunlarının balansını təqdim edir.

Azərbaycan kuboku
1/8 final
2 dekabr (çərşənbə)

“Turan Tovuz” – “İnter” – indiyədək qarşılaşmayıblar
“Qarabağ” – “Şəmkir” – 7 oyun, +3=1-3, top fərqi 10-7

12 ildən sonra kubokda yolları kəsişən əyalət klubları 5-ci dəfə üz-üzə gəlir. 7 oyundan ibarət 4 əvvəlki duelin 1-də “Şəmkir”, 2-də “Qarabağ” mərhələ keçibsə, yarışın biri yarımçıq dayanıb. Son 3 qarşılaşmada şəmkirlilər qalib gəlib.

19931/16 finalQarabağ (Ağdam) – Şəmkir5:0, 3:1
1994/951/16 finalQarabağ (Ağdam) – Şəmkir1:0, 0:0
2001/021/4 finalŞəmkir – Qarabağ-Azərsun (Ağdam)2:0
2003/041/2 finalQarabağ-Azərsun (Ağdam) – Şəmkir1:2, 0:2

 

“Neftçala” – “Sumqayıt” – indiyədək qarşılaşmayıblar
“Xəzər Lənkəran” – “Kəpəz” – indiyədək qarşılaşmayıblar
“Neftçi” – “Qaradağ Lökbatan” – 3 oyun, 3=0-0, top fərqi 10-0

Ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə “Qaradağ Lökbatan” 1/8 finalda “Neftçi” ilə qarşılaşacaq. “Ağ-qaralar” əvvəlki 3 oyunda qol buraxmadan qalib gəlib.

2009/101/8 finalNeftçi (Bakı) – Neftçi-İSM (Bakı)5:0, 2:0
2014/151/8 finalNeftçi (Bakı) – Qaradağ-Lökbatan3:0

 

AZAL – “Zirə” – indiyədək qarşılaşmayıblar
03 dekabr (cümə axşamı)
“Rəvan” –  “Bakı” – 3 oyun, +1=1-1, top fərqi 1-1

3-cü dəfə üz-üzə gələn paytaxt təmsilçilərinin əvvəlki duellərinin taleyi penaltilər seriyasında həll olunub. Hərəyə 1 dəfə qalib gələn rəqiblərin oyunlarındakı balansda da tarazlıqdır.

2011/121/8 finalBakı – Rəvan (Bakı)0:0, p.3:2
2013/141/4 finalRəvan (Bakı) – Bakı0:1, 1:0, pen. 9:8

 

 “Qəbələ” – “Mil-Muğan” – 1 oyun, +1=0-0, top fərqi 2-1

2 ildən sonra yenidən 1/8 finalda qarşılaşan komandaların yeganə duelində Premyer Liqa təmsilçisi qalib gəlib. Lakin həmin görüşdə hər iki komanda qol sevinci yaşayıb.

2013/141/8 finalMil-Muğan (İmişli) – Qəbələ

Həmin kateqoriyadan