Azərbaycan kubokunda son iki 1/4 finalçı da bəlli oldu

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

Öncə “Qəbələ” birinci divizion klubu “Mil-Muğan”ı qəbul edib. Rəqibini 7 cavabsız qolla məğlub edən Roman Qriqorçukun komandası adını növbəti mərhələyə yazdırıb.

1/8 final mərhələsinə “Rəvan” – “Bakı” oyunu ilə yekun vurulub. Elita təmsilçisi 1-ci divizion klubunu minimal hesablı qələbə ilə mübarizədən kənarlaşdırıb.

Azərbaycan Kuboku
1/8 final
3 dekabr (cümə axşamı)

“Qəbələ” – “Mil-Muğan” – 7:0 (5:0)
Qollar: D.M.Kolli, 5 (1:0). R.Abışov, 16 (2:0). F.Pereyra, 22 (3:0). Rikardinyo, 43 (4:0). E.Zets, 44 (5:0). V.Cavadov, 58 (6:0). A.Məmmədov, 83 (7:0).
Qırmızı vərəqə: Q.Alıyev, 68.
Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 1. Andrey Popoviç, 7. Ermin Zets, 10. Dodo (k), 15. Vitali Vernidub, 20. Rikardinyo, 25. Qismət Alıyev, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 87. Ruslan Abışov, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 69. Aleksey Antonov, 70. Vaqif Cavadov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Mil-Muğan”: 12. Taleh Əsədov, 7. Bayram Əliyev, 20. Laki Hero, 5. Vüsal Bayımov, 23. Anar Hacıyev, 17. Elşən İlyasov, 22. Gela Feradze, 9. Elxan Məmmədov, 24. Ramin Rzayev, 8. Ruhid Usubov (k), 10. Səccad Kerman.
Ehtiyat oyunçular: 99. Şöhrət Qasımov, 2. Tariyel Zeynalov, 21. Ağasən Əsgərov, 19. Xaqani Hüseynzadə, 3. Novruz Abduləzimli, 18. Nəbi Məmmədov.
Baş məşqçi: Xaliq Mustafayev.

“Rəvan” – “Bakı” – 1:0 (1:0)
Qol: V.Bəybalayev, 23 (1:0).
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov.
Bakı. “Bayıl Arena”.

“Rəvan”: 32. Konstantin Maxnovski, 11. Şeriff Suma, 6. Vüqar Bəybalayev, 39. Əlibəy Məmmədli, 13. Cəmşid Məhərrəmov, 2. Ruslan Tağızadə, 17. Ramazan Abbasov (k), 19. Tural Qürbətov, 4. Kənan Müslümov, 3. Saşa Yunisoğlu, 21. Novruz Məmmədov.
Ehtiyat oyunçular: 96. Aydın Bayramov, 77. Cavad Kazımov, 91. Urfan İsmayılov, 7. Elvin Həsənəliyev, 38. Zeki Sinan Akkoyun, 55. Hüseyn Axundov, 15. Ceyhun Abdullayev.
Baş məşqçi: Bəhmən Həsənov.
“Bakı”: 12. Elxan Əhmədov, 54. Nicat Əskərov, 7. Raul Yaqubzadə, 9. Mətin Əbilsoy, 11. Kamil Nurəhmədov, 21. Elşad Manafov (k), 35. Habil Nurəhmədov, 15. Rəvan Kərimov, 46. Yusup Xakimov, 56. Qeyrət Əliyev, 99. Umar Akmurzayev.
Ehtiyat oyunçular: 96. Səbuhi Əliyev, 16. Rüstəm Rüstəmli, 17. Elmin Əsgərli, 20. Valeh Seyidov, 29. Salman Altuxanov, 36. Etibar Sayılov, 41. Müşfiq İlyasov.
Baş məşqçi: Novruz Əzimov.

Ötən gün baş tutan oyunların nəticələri: “Turan Tovuz” – “İnter” 1:3, “Neftçala” – “Sumqayıt” 0:1, AzAL – “Zirə” 1:2, “Xəzər Lənkəran” – “Kəpəz” 1:0, “Neftçi” – “Qaradağ-Lökbatan” 8:0, “Qarabağ” – “Şəmkir” 2:0.

Həmin kateqoriyadan