“Azərbaycana qarşı çox yaxşı oynadıq”

Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev 2015-ci ili dəyərləndirərkən, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Sofiyada Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu da yada salıb. Allsport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“AÇ-2016-nın gedişatı zamanı futbolçularımızın oyun ritmi, özlərinə inamı itmək üzrəydi. Bu da uşaqların öz klublarında az oynamasından, formada olmamalarından irəli gəlirdi. Norveçə də məhz buna görə qalib gələ bilmədik. Amma Azərbaycan yığmasına qarşı keçirdiyimiz son oyunda çox yaxşı çıxış etdik, qələbə qazandıq. Təəssüf ki, mərhələ adlaya bilmədik. Bu üzdən də ili uğurlu adlandırmaq olmaz”.

Həmin kateqoriyadan