“Azərbaycanın zəngin futbol ənənələri yoxdur”

Argentinanın “Rasinq” klubuna keçən Fakundo Pereyra “Qəbələ”dəki karyerasından danışıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Azərbaycanda insanlar sülhsevərdirlər, əksəriyyəti müsəlmandır. Onlar çox istiqanlıdır. Mənə qarşı da hər zaman açıq oldular. Zəngin futbol ənənələri yoxdur. Amma məncə, illər keçdikcə hər şey dəyişəcək. Azərbaycanda futbol tamamilə fərqlidir. Mən orada çox qalmadım. Amma təcrübəm oraya tez uyğunlaşmağıma kömək etdi. Xoşbəxtlikdən tez-tez oynamağa imkan tapırdım”.

Həmin kateqoriyadan