Bəhmən Həsənov: “Gəncədə qazanılan 1 xala görə çox şadam”

“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Bizim üçün bütün oyunlar, xallar çox önəmlidir. “Kəpəz” keyfiyyətli oyunçulara malik mobil bir komandadır. Lakin mən futbolçulara demişdim ki, şanslarımız bərabərdir. Oyun heç-heçə bitdi və Gəncədə qazanılan 1 xala görə çox şadam. Ağıllı oyun sərgiləyən futbolçulara təşəkkür edirəm. Lazım olan nəticəni qazanıb evə dönürük. Artıq “Kəpəz”lə oyunu unudub, qarşıdakı matçlara hazırlaşacağıq”.

Həmin kateqoriyadan