Bəhmən Həsənov: “Hakimlik barədə həmişə özümüz deyib, özümüz eşitmişik”

Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Rəvan” matçında qalib müəyyənləşmədi – 1:1. Allsport.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov bunları deyib:

“Bizim üçün çətin oyun idi, bir sıra zədəli futbolçularımız vardı. Buna rəğmən, əlimizdən gələni etdik. Oyunçularıma təşəkkür edirəm. Hakimlikdən şikayətim yoxdur. Çünki həmişə özümüz deyib, özümüz eşitmişik. Danışıb boş yerə əsəbimizi niyə korlayaq? Bir neçə referi bizim oyunlara görə cəzaslandırılıb. Bircə onu əlavə edim ki, Yasin Həmidə göstərilən qırmızı vərəqənin ləğv edilməsi üçün aidiyyatı quruma məktub ünvanlayacağıq. Biz hazırlığın ilk və sonuncu mərhələsini keçmişik. Bu üzdən də oyunçularda yorğunluq var idi. “Zirə” ilə görüşə daha yaxşı hazırlaşacağıq”.

Həmin kateqoriyadan