- Baxış sayı: 42
- 25 İyun 2026 04:08
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində 1-ci divizion təmsilçisi “Bakı”ya qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
“Hava şəraitini və rəqibi nəzərə alaraq, futbolçulara tapşırıqlar vermişdim. İlk 15 dəqiqədə maksimum iş görmək lazım idi. Çünki “Bakı”nın motivasiyası bizimlə müqayisədə çox idi. İlk hissədə tapşırıqlar yerinə yetirilmədi, belə hava şəraitində oynamaq çətindir. Bütün bunlara baxmayaraq, qələbə qazandıq, nəticədən və oyundan razıyam”.