Badminton federasiyasına Taleh Ziyadov rəhbərlik edəcək

Bu gün Azərbaycan badminton federasiyasının ümumi yığıncağının növbədənkənar iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda nazir Fərid Qayıbov çıxış edərək, konfrans iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb.

Sonra idarə heyətinə yeni seçki keçirilib. “Bakı beynəlxalq dəniz ticarəti limanı” qapalı səhmdar cəmiyyətinin baş direktoru Taleh Ziyadov federasiyanın yeni prezidenti seçilib.

Aynur SəmədovaEmin Maqsudov sədr müavinləri, Rəşad Kərimov Mirzə Orucov isə idarə heyətinin üzv seçiliblər.

İclasda milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və federasiyanın keçmiş prezidenti Mikayıl Cabbarov çıxış edərək, yeni rəhbərliyə uğurlar arzulayıblar.

Həmin kateqoriyadan