Rusiyaya uduzdular

Azərbaycanın yeniyetmə və gənc badmintonçulardan ibarət millisi Tatarıstanın paytaxtı Qazanda keçirilən I MDB oyunlarında növbəti görüşünü keçirib.

Allsport.az xəbər verir ki, komanda qrup mərhələsinin 4-cü turunda Rusiya yığmasına 0:5 hesabı ilə uduzub.

Hazırda turnir cədvəlində ikinci sırada qərarlaşan milli Bakı vaxtı ilə saat 16:00-da Qazaxıstanı təmsil kollektivlə üz-üzə gələcək. Badmintonçular bu görüşdə qalib gələcəyi təqdirdə, komanda yarışında gümüş medallara sahib çıxacaq.

Sabah isə 5 kateqoriya üzrə yarışlar start götürəcək. Şəxsi oğlan və qızlar, qoşa oğlan və qızlar və qarışıq-qoşa yarışlarında qaliblərin adına sentyabrın 11-də aydınlıq gələcək.

Həmin kateqoriyadan