Badmintonçularımızı əsas mərhələdə durdurdular

Badmintonçularımızı əsas mərhələdə durdurdular

Lüksemburqda badminton üzrə beynəlxalq turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Ezmi QovimuramadhoniEra Maftuha qarışıq qoşada təsnifatdan əsas mərhələyə yüksələ biliblər. Onlar 1/16 finalda indoneziyalı Putra Muh-Rosalia Puspa cütünə 0:2 (13-21,13-21) uduzublar.

Ezmi şəxsidə əsas mərhələdə ilk görüşdə danimarkalı Yager Jonasa 1:2 (12-21,21-15,17-21) yenilib.

Era təsnifatda Sesilia Vanqı (İsveç) 2:1 (21-23,21-13,21-11) məğlub edib, əsas raunda yüksəlmək uğrunda qarşılaşmada Odijk Diedeyə (Niderland) 0:2 (17-21,11-21) məğlub olub.

Həmin kateqoriyadan