Badmintonçumuz 1/8 finalda

Niderlandın Almere şəhərində “international challenge” kateqoriyalı “YONEX Dutch open 2021” badminton turniri davam edir.

Allsport.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən badmintonçumuz Edi Reski Dviçayo birinci mərhələdə rəqibi hindistanlı Rahul Yadav Çittaboinanı məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

Mükafat fondu 15 min dollar olan yarış oktyabrın 17-dək davam edəcək.

Həmin kateqoriyadan