Bakıda atıcılıq üzrə dünya kubokunun açılışı

Allsport.az xəbər verir ki, Bakı atıcılıq mərkəzində “Dünya kuboku-2023” yarışlarının açılışı keçirildi. Yarışlara dünyanın 66 ölkəsindən 623 idmançı qatılıb. İdmançılar 6 gün ərzində güllə atıcılığının 10 növündə mübarizə aparacaqlar.
 
Mərasimin ümummilli lideri Heydǝr Əliyevin 100 illiyinə təsadüf etdiyi vurğulandı. Azǝrbaycan gǝnclǝrinin sağlam hǝyat tǝrzi üçün idmanın inkişafına ǝhǝmiyyǝt verǝn vǝ idmançıları daim dǝstǝklǝyǝn Heydǝr Əliyevin müstǝqil Azǝrbaycanın beynǝlxalq idman arenasında tanınmasında əvəzsiz xidmətləri olub.
 
Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, ölkəmizdə üçüncü dəfə keçirilən dünya kuboku yarışlarının Azərbaycanda atıcılıq idman növünün inkişafında böyük rolu olduğunu, ilk olimpiya qızıl medalımızın məhz onun prezidentliyi vaxtında qazanıldığını bildirdi. Nazir beynəlxalq atıcılıq idman federasiyasına təşkilati işlərdə dəstəyinə görə təşəkkür etdi.
 
Azərbaycan atıcılıq federasiyasının vitse-prezidenti Zemfira Meftəhəddinova, bu yarışlara ölkəmizin də böyük heyətlə qatıldığını bildirərək, bütün idmançılara uğurlar arzuladı. 
 
Beynəlxalq atıcılıq idman federasiyasının idarə heyətinin üzvü Hazəm Hüsni, güllə atıcılığı üzrə Paris-2024 yay olimpiya oyunlarında tətbiq olunacaq yeni qaydaların bu gündən etibarən qüvvəyə mindiyini söylədi və beynəlxalq federasiyanın prezidenti adından “Dünya kuboku-2023” yarışlarını açıq elan etdi.

Yarışların ilk final oyunları mayın 10-dan başlayacaq.

Həmin kateqoriyadan