Bakıda idman müəllimləri üçün beynəlxalq badminton kursuna yekun vurulub

Beynəlxalq olimpiya komitəsinin Olimpiya həmrəyliyi fondunun dəstəyi ilə, milli olimpiya komitəsi, dünya və Azərbaycan badminton federasiyalarının birgə əməkdaşlığı çərçivəsində “Orta məktəblərdə badmintonun idarəetməsi” mövzusunda orta məktəbdə dərs deyən idman müəllimləri üçün nəzərdə tutulmuş beynəlxalq, interaktiv kursa yekun vurulub.

İsrail badminton federasiyasının prezidenti Nir Sadeh tərəfindən məşğələdə iştirak edən 28 idman müəlliminə öz tədris kurrikulumlarını interaktiv hazırlaması və tədris ediləcək hədəf qrupu olan məktəblilərin badmintonda bilik və bacarıqlarını inkişaf etdirmək yolları göstərilib.

Nəzəri və təcrübi hissədən ibarət olan kursda iştirak edən idman müəllimləri peşəkar vərdişlərini inkişaf etdiriblər. Təlim iştirakçıları Nir Sadeh ilə yanaşı, ABF-nin baş katibi Ramil Hacıyev, MOK-un beynəlxalq proqramlar idarəsinin məsləhətçisi Ceyhun Rəhmanov tərəfindən sertifikatla təltif olunublar.

Həmin kateqoriyadan