- Baxış sayı: 31
- 05 May 2026 21:09
- Baxış sayı: 128
- May 04, 2026
- 0

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik əməliyyat olunmaq üçün xəstəxanaya aparılıb.
Allsport.az xəbər verir ki, 67 yaşlı alman mütəxəssis keçən ay topuq nahiyəsindən əməliyyat keçirib və sonra evə qayıdıb. Lakin kəsik yeri ciddi şəkildə iltihablandığı üçün məşqçi yenidən bıçağın altına girməyə məcbur olub. Ranqnik hələ də xəstəxanadadır, lakin cümə günü evə dönəcəyinə ümid edir.