- Baxış sayı: 9
- 23 Sentyabr 2026 21:56
- Baxış sayı: 152
- Sentyabr 23, 2026
- 0

“Xəzər Lənkəran” komandasının yarandığı vaxtdan bu günə kimi qazandığı uğurlar klubun muzeyində nümayiş olunur. Allsport.az xəbər verir ki, “Xəzər Lənkəran” futbol klubunun muzeyi 2009-cu il sentyabrın 5-dən fəaliyyət göstərir. Muzeydə futbolçuların qazandığı diplom və medallar sərgilənir.
Bayram günlərində buraya gələnlərin sayı daha da artıb. Yarandığı gündən Azərbaycan Premyer Liqasında çıxış edən “Xəzər Lənkəran” futbol klubunun muzeyində nümayiş etdirilən eksponatlar rayona gələn qonaqlarla yanaşı, azarkeşlərin də marağına səbəb olur.