- Baxış sayı: 45
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 152
- Sentyabr 23, 2026
- 0

“Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.
Allsport.az xəbər verir ki, Tovuz təmsilçisi Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareşlə güclənib.
26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
“Benfika”nın yetirməsi olan futbolçu son olaraq Rumıniya təmsilçisi “Buzau”nun formasını geyinib. O, Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini qoruyub.