- Baxış sayı: 33
- 20 İyul 2025 15:21
- Baxış sayı: 170
- İyul 20, 2025
- 0
“Sabah” baş məşqçisi Vasili Berezutski ilə yolunu ayırıb.
Allsport.az xəbər verir ki, Masazır təmsilçisi rusiyalı mütəxəssislə müqaviləyə ailəvi səbəblərlə əlaqədar olaraq, qarşılıqlı razılıq əsasında xitam verib.
”Bayquşlar” Berezutskiyə peşəkarlığına, işə məsuliyyətli yanaşmasına və komandanın inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə təşəkkür edib.
Vasili Berezutski 2024-cü ilin noyabrın 25-dən “Sabah”ın baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında ilk dəfə Azərbaycan kubokunu qalibi olub.