“Biz üzərimizə düşəni edəcəyik”

Bu gün Amsterdamda “Ziggo Dome”də millimizin hücumçusu İsa Atayevin iştirakı ilə mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, o, sabah Bosniya və Hersoqovinaya qarşı görüş barədə bunu deyib:

“Qələbə qazanmaq üçün mübarizə aparacağıq. Növbəti mərhələyə yüksəlmək baxımından şansımız davam edir. Düzdür, hər şey öz əlimizdə deyil. İstədiklərimizin baş verməsi üçün paralel keçiriləcək oyunda Gürcüstan millisi İspaniyanı yenməlidir.

Biz üzərimizə düşəni edəcəyik. Sabah ilk dəfə oyunumuz azarkeşlərin iştirakı ilə keçiriləcək. Futzalda azarkeş önəmlidir. Futzalçıların oyuna motivasiya olması baxımından da əhəmiyyətlidir”.

Həmin kateqoriyadan