“Bu, bütün klublar üçün vacib qərar idi”

Allsport.az xəbər verir ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti superliqa ilə bağlı Avropa məhkəməsinin qərarını şərh edib:

“Düşünürəm ki, bu, bütün klublar üçün vacib qərar idi. Məncə təqvim yaxşılaşdırıla bilər ki, bu da hər kəs üçün müsbət haldır. Superliqa formatı haqqında nə düşünürəm? Mən hələ də buna baxmalıyam, lakin bu qərar, artıq dediyim kimi, futbol üçün çox yaxşı olacaq”.

Artıq bir sıra aparıcı Avropa klubları, o cümlədən “Bavariya”, PSJ, “İnter”, “Mançester Siti”, “Çesli” və digər komandalar superliqanın başlamasına qarşı çıxıb.

Həmin kateqoriyadan